10 C
Baku
Sunday, November 10, 2024

Mərkəzi Asiyaya konteyner daşımalarının payının artırılması planlaşdırılır

Mərkəzi Asiya istiqamətində konteyner daşımalarının payının artırılması hədəflənir.

Bunu dünyanın konteyner daşımaları üzə ən böyük gəmiçilik şirkəti olan “Mediterranean Shipping Company”nın (MSC) idarəedici direktoru Alkan Alıcı deyib.

Onun sözlərinə görə, dünyada yüklərin 80-90%-i konteynerlə daşınır, lakin Mərkəzi Asiyada bu göstərici cəmi 5% təşkil edir.

A.Alıcı həmçinin vurğulayıb ki, MSC regionda konteyner daşımalarının təxminən 50%-nə nəzarət edir və həcmləri artırmaq niyyətindədir: “Biz karbamid və digər məhsulların konteynerləşdirilməsini artırmaq istəyirik ki, bu da konteyner daşımalarını genişləndirməyə imkan verəcək”.

Nəqliyyat dəhlizlərindən danışarkən o, son illər Orta Dəhliz üzrə daşımaların həcminin artdığını qeyd edib və bu göstəricinin gələcəkdə daha da artacağına əminliyini ifadə edib. Azərbaycanla əməkdaşlıq çərçivəsində A.Alıcı qeyd edib ki, MSC Bakı limanında fəaliyyət göstərən Türkiyənin “Albayrak” şirkətlər qrupunun xidmətlərindən fəal şəkildə istifadə edir.

Xatırladaq ki, 2024-cü ilin 7 ayı ərzində Orta Dəhliz üzrə daşımaların həcmi 2,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63% çoxdur. 2024-cü ildə dəhliz üzrə daşımaların həcminin 4,2 milyon tona çatacağı gözlənilir. 2023-cü ildə Orta Dəhliz üzrə yük daşımalarının həcmi 65% artaraq 2,7 milyon ton təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər