9 C
Baku
Wednesday, December 25, 2024

Tailand bahtı ABŞ dollarına qarşı kəskin bahalaşıb – Ölkə bundan narahatdır

Tay bahtı (THB) 1998-ci ildəki Asiya maliyyə böhranından bəri ən böyük rüblük artımı göstərdi. Banker.az “Bloomberg”in hesablamalarına istinadən xəbər verir ki, iyun ayının sonundan bəri bu Cənub-Şərqi Asiya ölkəsinin valyutası dollara nisbətdə 10% bahalaşıb.

Belə ki, 20 sentyabrda keçirilən ticarət zamanı ABŞ dolları /bahtı və ya USD/BHB valyuta cütlüyü 0.34% enərək, bir dollara 33.02 baht təşkil edib. Bu, 2023-cü ilin fevralından bəri minimum səviyyədir.

Agentlik qeyd edir ki, bu rallinin əsas səbəbi ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcəsini endirməsi fonunda dolların zəifləməsi olub.

Tayland Sənaye Federasiyasının sədri Krienqkray Tiennukulun sözlərinə görə, bahtın kəskin artması özəl sektorun problemlərini daha da artırır.

“Bahtın sürətli artımı ixracatçıların vəziyyətini daha da pisləşdirib”, – deyə o bildirib.

Taylandın ixracı ÜDM-nin təxminən 60%-ni təşkil edir.

Baht's Biggest Rally Since 1998 Threatens Thai Tourism, Exports – BNN  Bloomberg

Tayland maliyyə nazirinin müavini Paopumm Rocanasakul da bahtın volatilliyinin ixracatçılar üçün biznes aparmağı çətinləşdirdiyini vurğulayıb. Onun fikrincə, bahtın “nə çox zəif, nə də çox güclü və ən əsası, çox volatilliyə məruz qalmayacağına” zəmanət verəcək tədbirlər görülməlidir.

Son xəbərlər
Digər xəbərlər