6 C
Baku
Wednesday, October 30, 2024

“Telegram”da daha bir yenilik edilib

“Telegram”ın yaradıcısı Pavel Durov sosial platformanın məxfilik siyasətində yenilənmə edildiyini açıqlayıb.

O, bu barədə şəxsi “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, bundan sonra “Telegram” messencerinin qaydalarını pozan şəxslərin məlumatları əsaslandırılmış hüquqi sorğulara cavab olaraq müvafiq qurumlara açıqlana bilər.

“Cinayətkarların “Telegram”ın axtarışından sui-istifadə etmələrinin qarşısını almaq üçün xidmət şərtlərimizi və məxfilik siyasətimizi yenilədik. Siyasətimizi pozanların IP ünvanları və telefon nömrələrinin hüquqi sorğulara cavab olaraq müvafiq orqanlara açıqlana biləcəyini bildiririk”, – Durov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər