13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği ₼9 mlrd.-dır

Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ümumi məbləği təxminən 9 milyard manat təşkil edir.

Bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl maliyyə” konfransında bildirib.

“Korporativ istiqrazların ümumi dəyəri isə təxminən 400 milyon manatdır. Bu, bərpa olunan enerji layihəsinin dəyərinə bərabər bir məbləğdir”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər