Bank Olmayan Kredit Təşkilatı “Aset Maliyyə Texnologiyaları” MMC-nin direktoru dəyişib.
Banker.az xəbər verir ki, Vüqar İsmayılov Firudin oğlu vəzifəsindən ayrılıb.
Onu bu vəzifədə Zamin Cəfərov Ramiz oğlu əvəz edib.
Xatırladaq ki, şirkət 2017-ci ildə təsis edilib və onun 400 min manat nizamnamə kapitalı var.
“Aset Maliyyə Texnologiyaları” MMC-nin nizamnamə kapitalının 100%-i Elçin Bağırov Hüseyn oğluna məxsusdur.