9 C
Baku
Monday, November 18, 2024

AMEA-nın Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifəsindən azad edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifəsindən azad olunub.

Bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Nuray Yadigar qızı Əliyeva, tarix üzrə fəlsəfə doktoru Asəf Yunis oğlu Orucov və tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyeva tutduqları vəzifədən azad ediliblər.

Həmçinin AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qafar Tahar oğlu Qənbərov da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifədən azad edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər