13 C
Baku
Thursday, November 7, 2024

Azərbaycanda bank kartlarının sayı 19 milyon ədədə yaxınlaşıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə
olan ödəniş kartlarının sayı ötən aya nəzərən 227 min ədəd artaraq 18 milyon 567
min ədəd təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.5% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 19.6%, kredit kartları üzrə
10.9% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.

2024-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,812 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,738 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1,069 mln. manatı POS-terminallar, 4.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.1%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər