Azərbaycan cari ilin ilk yeddi ayında xaricə ixrac etdiyi düzbucaqlı alüminium piltərlərinin sayını kəskin artırıb.
Banker.az-ın əldə etdiyi məlumatda bildirilir ki, ölkədən xaricə 22 813 ton ətrafında qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı alüminium ərintilərindən düzəldilmiş piltələr ixrac edib.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə ixracın 170 faiz artımı deməkdir. Keçən il ölkəmizdən 8 452 tonluq bu növdə metal ixrac edilmişdi.
Cari ildə ixracın yanvar-iyul ayı üçün həcmi $62.7 milyon olub.
2023-cü ilin ilk yeddi ayında Azərbaycan xaricə bu növ metalın ixracına görə bir tonunu təqribən $2 874-ə satmışdılar. Bu il ixrac qiymətləri bir ton üçün $2 748-dən yuxarı olub. Bu da qiymətlərin illik müqayisədə 4.4 faiz ucuz olması deməkdir.
Ölkədə alüminiumun istehsalçısı və ixracatçısı “Azəralüminium” MMC-dir.
| Azərbaycanın ixrac etdiyi alüminium ərintilərindən qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı plitələr | ||
| Miqdar, ton | Dəyər, min USD | |
| Cəmi | 22,812.80 | 62,700.56 |
| Türkiyə | 16,443.36 | 44,526.29 |
| ABŞ | 5,868.78 | 16,613.27 |
| Rusiya | 320.84 | 951.55 |
| Ukrayna | 143.13 | 507.55 |
| Gürcüstan | 36.69 | 101.90 |







