13 C
Baku
Friday, November 22, 2024

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə Böyük Biritaniya hökuməti məlumat yayıb.

Böyük Britaniya Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) sektoruna daxil olan 5 gəmi və 2 müəssisəyə sanksiya tətbiq edib.

Bildirilib ki, bu fəaliyyət Putinin Ukraynadakı müharibəsi üçün ən kritik maliyyə mənbəyi olan Rusiyanın gələcək enerji gəlirlərini artırmaq cəhdlərinə qarşı müttəfiqlərlə birgə səylərə əsaslanır.

Diqqətə çatdırılıb ki, LNG Putinin Ukraynadakı qeyri-qanuni müharibəsi üçün mühüm maliyyə mənbəyidir.

Xatırladılıb ki, Böyük Britaniya ümumilikdə Rusiyanın LNG sektorunda iştirak edən 15 gəmi və quruma sanksiya tətbiq edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər