1 C
Baku
Saturday, December 14, 2024

Gədəbəydəki filiz tullantıları anbarının genişləndirilməsinin başa çatdırılacağı vaxt açıqlanıb

Böyük Britaniyanın qızıl mədən hasilatçısı “Anglo-Asian Mining”in törəmə şirkəti olan “Azerbaijan International Mining Company Limited” (AIMC) “Gədəbəy” yatağındakı mədən tullantılarının saxlanc anbarının genişləndirilməsinin birinci mərhələsini başa çatdıracaq.

Bu barədə AAM-ın məlumatında deyilir.

“AIMC avqustun 5-də Azərbaycan hökumətindən mövcud tullantı anbarının divarının qaldırılmasına icazə alıb. Divarın 2,5 metr qaldırılmasını nəzərdə tutan işlərin birinci mərhələsinin bu ilin noyabrında başa çatdırılacağı gözlənilir”, – məlumatda bildirilib.

Xəbər verildiyi kimi, 2-3 illik istehsal fəaliyyəti üçün kifayət qədər saxlama qabiliyyətini təmin etmək məqsədilə divar iki mərhələdə 7 metr yuxarı qaldırılacaq.

Qeyd edək ki, Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda ААМ Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malik olsa da, hələlik “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər