21 C
Baku
Saturday, September 28, 2024

Prezident Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin səlahiyyətlərini artırdı

Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin səlahiyyətləri artırılıb.

Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər Dövlət Su Ehtiyatları Agentliyinin sədri dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürüb, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edib.

Dəyişikliyə əsasən, Dövlət Su Ehtiyatları Agentliyinin sədri dövlət büdcəsindən ayrılan vəsait və büdcədən kənar vəsaitlə bərabər, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürəcək, Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

Son xəbərlər
Digər xəbərlər