Apreldə üçüncü devalvasiyanın olacağı ilə bağlı xəbərlər şayiədir.
Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
E.Rüstəmov deyib ki, neftin qiymətinin azalması şəraitində belə devalvasiyaya gedilməyəcək. O, 2016-cı ilin büdcəsinə edilən əlavə və dəyişikliklərə toxunaraq qeyd edib ki, ölkədə stabil büdcə formalaşdırılıb.
Publika.az