1 C
Baku
Saturday, December 14, 2024

8 milyon manata Qubadlı Rayon Mərkəzi Xəstəxanası tikiləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tender elan edir.

Banker.az xəbər verir ki, tenderdə Qubadlı Rayon Mərkəzi Xəstəxanasının (91 çarpayılıq) tikintisi (I mərhələ) nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 8 milyon manatdır.

Xatırladaq ki, Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxanabinası 4,5 hektardan çox ərazidə inşa olunacaq. Bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.

Son xəbərlər
Digər xəbərlər