14 C
Baku
Saturday, November 23, 2024

Yeni gətirilən qatarların bəzilərində kondisioner olmayacaq

“Kondisioner sisteminin quraşdırılması zavod şəraitində olmalıdır. 2000-ci illərin əvvəlindən etibarən əldə etdiyimiz qatarlarda konstruktiv olaraq vaqonların altında kondisioner sistemlərinə aid idarəetmə bloklarının yerləşdirilməsi mümkün deyil”.

Bu fikirləri jurnalistlərə açıqlamasında Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, kondisioner sistemi digər hissədən ibarətdir: “Yeni qatarlarda havalandırma sistemi vaqonların dam hissəsində yerləşir. Amma sazlanmış əvvəlki qatarlarda konstruktiv olaraq bu sistemi quraşdırmaq mümkün deyil. Bunu etmək üçün vaqonlar texniki olaraq sökülüb, yenidən yığılmalıdır. Sözügedən proses böyük vəsait tələb edir. Bu vəsaitin vaqonların istismar müddətinə görə ayrılması önəmli deyil”.

“35 vaqon – yeddi kondisionerli qatar ölkəmizə gətirilib. Təxminən noyabrın əvvəlindən etibarən istismara veriləcək. 2025-ci ildə 20 vaqon – yəni dörd kondisionerli qatar istismara veriləcək.

2026-cı ildə isə 10 kondisionerli vaqon – iki qatar istifadəyə veriləcək”, – deyə F.Əhmədov vurğulayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər