24 C
Baku
Wednesday, October 2, 2024

ARDNF sentyabrdakı hərraclarda banklara $732 mln. valyuta satıb- Son iki ilin maksimumu

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin sentyabr ayı ərzində 732.3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Banker.az ARDNF-ə istinadən xəbər verir.

Bu da son 3 ilin maksimum göstəricisidir. Sonuncu dəfə 2021-ci ilin dekabrında banklara 989 mln. dollar satılmışdı.

Beləliklə, banklara valyuta satışının həcmi cari ilin ilk üç rübündə 5 mlrd. 447.1 mln. dollar olmaqla son illərin ən maksimal göstərici qeydə alınıb. İllik müqayisədə valyuta satışları 2 mlrd. 891.17 mln. dollar və ya 113% yuxarıdır.

Qeyd edək ki, sonuncu dəfə 2020-ci ildə 4 mlrd. 525.7 mln. dollar satılmışdı.

Son xəbərlər
Digər xəbərlər