10 C
Baku
Wednesday, December 11, 2024

Bu il kirayə üsulu ilə satılan mənzillərin sayı açıqlanıb

İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin icrası uğurla davam etdirilir.

2024-cü il oktyabrın 1-nə olan məlumata görə, indiyədək mexanizm vasitəsilə 5512 vətəndaş və ya ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1126-sı cari ilin yanvar-sentyabr aylarında bağlanmış müqavilələrin payına düşür.

Satmaq öhdəliyi ilə kirayə üsulu ilə mənzil sahibi olan vətəndaşların 60%-dən çoxunu gənclər və gənc ailələr təşkil edir.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər