9 C
Baku
Monday, November 18, 2024

“North West Construction” ötən il 33 milyon manat mənfəət əldə edib

“North West Construction” (“Nort Vest Konstrakşn” MMC) 2023-cü ili 32 milyon 729 min manat mənfəətlə başa vurub. 2022-ci ildə MMC-nin mənfəəti 8 milyon 868 min manat olub ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Nort Vest Konstrakşn” MMC-nin əsas əməliyyat gəlirləri 415 milyon 988 min manat (əvvəlki ilə nisbətən 1.5 dəfə çox), müqavilə xərcləri və satışın maya dəyəri 362 milyon 778 min manat (53% çox), ümumi gəlirləri 53 milyon 210 min manat (51% çox) təşkil edib.

Ümumi və inzibati xərcləri 11 milyon manatdan 10 milyon 856 min manata düşüb.

Qeyd edək ki, “North West Construction” 2007-ci ildən təsis edilib. Şirkət həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə həyata keçirdiyi inşaat və mühəndislik şirkətinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər