22 C
Baku
Thursday, October 3, 2024

“Tesla” elektromobil tədarükünü 6.4% artırıb

Amerikanın “Tesla” şirkəti üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə tədarükləri 6.4% artıraraq 462.89 min elektromobilə çatdırıb, şirkətin press-relizində deyilir. Model 3 və Model Y modellərinin sayı 439 975 ədəd, digərlərinin isə 22 915 ədəd təşkil edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Uoll-Strit analitikləri tədarükləri orta hesabla 462 min avtomobil olaraq qiymətləndirmişdi.

İyul-sentyabr aylarında “Tesla” avtomobillərinin istehsalı 9.1% artaraq 469 796 ədədə çatıb. Şirkət oktyabrın 23-də üçüncü rüb üçün tam maliyyə hesabatlarını açıqlayacaq.

Bu ilin əvvəlindən bu yana avtomobil istehsalçısının bazar dəyəri demək olar ki, dəyişməyərək 824 milyard dollar olub, “Nasdaq Composite” fond indeksi isə demək olar ki, 19% artıb.

Son xəbərlər
Digər xəbərlər