Banker.az Qarant.az platformasına istinadən xəbər verir ki, hazırda ən 12 aylıq ən sərfəli müddəti manat depozitləri “Bank VTB (Azərbaycan)”da müşahidə edilir. Belə ki, “VTB”də 12 aylıq müddətin sonuna 11.75% illik gəlirlilik təklif edilir.
Digər müddətlərə nəzər saldıqda, 6 aylıq müddətin sonunda ən yüksək gəlirlilik ABB və “Expressbank” dədir (11%). Eyni göstərici ilə 9 aylıq üzrə “Expressbank” və “TuranBank (11%), 18 aylıq üzrə “Bank Avrasiya” ASC (11.50%), 24 aylıq üzrə “Turan Bank”da (11.50%) və 36 aylıqda isə “Yelo Bank”da qeydə (12%) alınıb.
Ümumilikdə ən yüksək faiz gəlirliliyi “Yelo Bank”da qeydə alınıb.
Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur.
Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.
Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.