18 C
Baku
Friday, November 22, 2024

Britaniya qeyri-qanuni miqrantların sayına görə Avropada birinci yerdədir

Avropada ən çox qanunsuz miqrant Böyük Britaniyada yaşayır.

Bu barədə “The Daily Telegraph” Oksford Universitetinin mütəxəssislərinin araşdırmasına istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni miqrant var ki, bu da Fransadan təxminən 2.5 dəfə çoxdur. Fransada bu rəqəm 300 minə yaxındır.

Bu göstərici üzrə ikinci yeri 700 minə qədər qeyri-qanuni miqrantın yaşadığı Almaniya tutur.

İlin əvvəlindən Böyük Britaniyaya 26,6 min qeyri-qanuni miqrant La-Manş boğazı boyunca şişmə qayıqlarla gəlib ki, bu da eyni dövr üçün 2023-cü ilin göstəricilərindən 5% çoxdur.

Oktyabrın 5-də krallığa qeyri-qanuni yollarla 973 nəfər daxil olub ki, bu da bu ilki gündəlik göstəricidə rekord həddir.

Baxmayaraq ki, bu mövzu “Brexit”in əsas səbəblərindən biri idi Böyük Britaniyada qeyri-qanuni miqrasiya problemi ölkənin Avropa İttifaqından çıxmasından sonra daha da pisləşib. 2018-ci ildən bəri 130 minə yaxın qeyri-qanuni miqrant La-Manş boğazını keçərək krallığa daxil olub.

İyulun 4-də keçirilən parlament seçkilərindən sonra ölkənin Leyboristlər Partiyası tərəfindən qurulmuş hökuməti Böyük Britaniyaya qanunsuz miqrant axınının qarşısını almaq üçün Aİ dövlətləri ilə əməkdaşlığı gücləndirəcəyini vəd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər