2 C
Baku
Saturday, December 14, 2024

Bakı hava limanında sərnişin axını 33% artıb

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ilin ilk 9 ayında 5,725 milyon sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

Banker.az xəbər verir ki, bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 40 aviaşirkət tərəfindən 80-dən çox istiqamətə ümumilikdə 45 205 reys yerinə yetirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% artım deməkdir.

Beynəlxalq istiqamətlərdə sərnişinlərin 52%-i və ya 2,680 milyon nəfəri məhz xarici aviaşirkətlərin xidmətlərindən istifadə edib. Ən populyar beynəlxalq istiqamətlər arasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi və Dehli şəhərləri üstünlük təşkil edib.

Azərbaycanın milli aviadaşıyıcısı da 2024-cü ilin ilk 9 ayı ərzində beynəlxalq arenada öz mövqeyini gücləndirərək uğurlu nəticələr əldə edib. AZAL-ın ümumi sərnişin dövriyyəsi 41% artaraq 3,054 milyonu keçib.

Bakı-Naxçıvan istiqamətində hazırda orta hesabla gündəlik 12 reys təşkil olunur.

Son xəbərlər
Digər xəbərlər