13 C
Baku
Tuesday, November 19, 2024

Rusiyadan dəniz yolu ilə neft ixracı son üç ayda ən yüksək həddə çatıb

Rusiyanın dəniz neft ixracı son üç ayın ən yüksək səviyyəsinə çatıb. Bu, qara qızıla daxili tələbatı azaldan neft emalı zavodlarında mövsümi texniki xidmətin başlanmasının nəticəsi olub, “Bloomberg” yazır.

Oktyabrın 6-dək olan həftə ərzində dörd həftəlik orta tədarük gündəlik təxminən 60 000 barel artaraq iyulun əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.

Rusiyada neft emalı hasilatı bütün ölkədəki neft emalı zavodlarında aparılan təmir işləri fonunda sentyabrın böyük hissəsində iyun ayından bəri ən aşağı səviyyədə olub. Və bu ayın əvvəlində də bu tendensiya davam edib.

Oktyabrın 6-sı daxil olmaqla yeddi gün ərzində Rusiyanın dəniz neft ixracının ümumi dəyəri bir həftə əvvəlki 1.68 milyard dollardan 1.54 milyard dollara düşüb. “Bloomberg” gəmi izləmə məlumatlarına və liman agentlərinin hesabatlarına istinadən yazır ki, hesabat dövründə 31 tankerə 23.58 milyon barel neft yüklənib.

577677 2

Bu, bir həftə əvvəlki 26.17 milyon barel ilə müqayisədə aşağıdır, lakin ixracın fiziki azalması daha yüksək ixrac qiymətləri ilə qismən kompensasiya edilib.

Beləliklə, oktyabrın 6-dək olan həftədə Rusiyadan dəniz yolu ilə neft ixracının orta gündəlik həcmi təxminən 370 min barel azalaraq 3.37 milyon barelə düşüb və əvvəlki həftənin artımının demək olar ki, yarısını itirib. Eyni zamanda, daha az dəyişkən dörd həftəlik ortalama gündəlik 60 min barel artaraq əvvəlki həftə 3.26 milyondan 3.32 milyona yüksəlib.

Bu il Rusiyadan orta gündəlik dəniz neft ixracı sutkada 50 min barel və ya 2023-cü ilin eyni göstəricisindən 1.4% az olub.

Son xəbərlər
Digər xəbərlər