13 C
Baku
Friday, November 22, 2024

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2 dəfə artıb

2023-cü il və 2024-cü ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Cari ilin 8 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat təşkil edib.

Bunu oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatında bildirib.

“Cari ilin 8 ayında nəzarət kassa aparatları üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 21 milyon manat və ya 41,8 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 274,3 milyon manat və ya 76,7 faiz artıb”, – deyə o əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər