11 C
Baku
Monday, November 25, 2024

Nazir: “9 ayda özəl sektorda 75 min yeni iş yeri yaradılıb”

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda özəl sektorda 75 min yeni iş yeri yaradılıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

Bundan başqa, nazir deyib ki, bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağa rəvac verir: “Sammit dövlət nümayəndəsi olaraq şəxsən mənim üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəyimizi çox düşünməliyik. Yerli uğursuzluqlara qarşı səbr göstərilməlidir. Bu, innovasiyanın inkişafı üçün çox önəmlidir. Çünki, bir sıra innovativ həllər planlaşdırıldığı kimi özünü doğrultmur. Bu da bizi daha da qətiyyətlə irəli getməyə sövq edir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər