12 C
Baku
Friday, November 1, 2024

Azərbaycanlı iş adamı Türkiyədə 5 ulduzlu otel açdı (FOTO)

Otel əsasən İslam ölkələrindən olan turistlərə xidmət göstərəcək.

Azərbaycanlı iş adamı Türkiyədə 5 ulduzlu otel açıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Rauf Məmmədov adlı iş adamının oteli qonşu ölkənin ən turistik bölgəsi olan Kəmərdədir.
Otel əsasən mühafizəkar həyat tərzi ilə seçilənlərə və İslam ölkələrindən olan turistlərə xidmət edəcək.

Rauf Məmmədovun oteli
Rauf Məmmədovun oteli

“Tac’ün Nisa Resort” Kəmərin ən böyük oteli adını qazanıb. 36 min kvadrat metr ərazidə qurulan otelin 7 min kvadrat metr ərazisi qadınlar üçün ayrılıb. belə ki, onlar bu ərazidə rahat şəkildə tətil edə, dənizə girə biləcəklər. İş adamı Türkiyədə sərmayə qoymasında çox məmnun olduğunu deyib. “Türkiyədə böhran olması ilə bağlı deyilənlərə inanmıram. Qonşu ölkələrə baxanda Türkiyə gül baxçasıdır.  Bunu bizim kimi iş adamları kənardan daha yaxşı görür. İki müəssisə ilə danışıqlarımız davam edir. İnşallah ən yaxın zamanda onları da öz şirkətimizə qatmak istəyirik”.

Bundan öncə də Rusiyada yaşayan azərbaycanlı milyonçu Telman İsmayılov- AST Telman Antaliyada dəbdəbəli otel açıb. Dünyanın ən lüks otellərindən hesab edilən “Mardan Palace”nin açılışı 2009-cu ildə baş tutub.

Azərbaycanlı milyarderin oteli “Mardan Palace” 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı.

AST Telmanın inşa etdirdiyi "Mardan Palace"
AST Telmanın inşa etdirdiyi “Mardan Palace”

Lakin ciddi maliyyə problemləri yaşayan iş adamı otelini itirib. Belə ki, ötən ilin payızında hərrac yolu ilə “Halk Bank”a satılıb.

 

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər