13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda mədən şirkəti anbardan satdığı qızılın orta qiymətlərini açıqlayıb

Azerbaycanda qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” 2024-cü ilin üçüncü rübündə ümumilikdə 3 220 unsiya qızıl külçə satılıb.

Banker.az xəbər verir ki, bu, öncəki ildən 11 faiz çoxdur. Keçən ilin eyni dövründə mədən şirkəti 2 900 unsiya qızıl satmışdı.

Qızılın orta qiyməti hər unsiyaya görə 2 497 dollar olub ki, keçən ildəki qiymətlərdən hər unsiya üçün 548 dollar və ya 28% bahadır. Keçən ilin eyni dövründə orta qiyməti bir unsiya üçün 1 949 dollar olmuşdu.

Qeyd edək ki, qızılın qiyməti cari ilin fevralından etibarən kəskin dəyər qazanıb. Belə ki, ilin mart ayının əvvəlinə qızılın bir unsiyasının spot qiyməti 2040 dolların altından 2 600 dollara qədər dəyər qazanıb. Hazırda qızılın bir unsiyası 2620 dollardır.

42342

Son xəbərlər
Digər xəbərlər