Rusiyanın “Qazprom” şirkəti və Budapeşt arasında RF-dən Macarıstana qaz tədarükünün artırılması imkanlarına dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə “Qazprom”un rəhbəri Aleksey Millerin Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə görüşünün yekunları üzrə şirkətin yaydığı məlumatda deyilir.
“Tərəflər qaz tədarükü məsələlərini və qaz sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında Rusiya qazının tədarükünün böyük əhəmiyyəti qeyd edilib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, görüşdə A.Miller və P.Siyartonun iştirakı ilə Rusiya qazının Macarıstana nəqlinin artırılması imkanları haqqında Anlaşma Memorandumu imzalanıb.