7 C
Baku
Thursday, December 26, 2024

Qətər Qazaxıstana 20 mlrd. dollar sərmayə qoyur

Qətər birgə layihələrin həyata keçirilməsi üçün Qazaxıstana 20 milyard dollarlıq sərmayə yatırır.

Qazaxıstan Senatı prioritet sektorlarda layihələrin inkişafı üçün Qətərlə uzunmüddətli strateji tərəfdaşlıq haqqında Sazişi ratifikasiya edib.

Saziş Qazaxıstan Respublikası ərazisində telekommunikasiya, enerji, nəqliyyat, neft-kimya, kənd təsərrüfatı və maliyyə sahələrində investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

Sənəddə həmçinin investorların əmlakın məcburi əvəzsiz olaraq müsadirə edilməsindən qorunması, vergi rejiminin sabitliyinin təmin edilməsi, bir sıra vergi və gömrük güzəştlərinin verilməsinə dair normalar yer alıb.

Saziş bir sıra mühüm layihələrin, o cümlədən yeni telekommunikasiya operatorunun yaradılması, Kaşaqanda qaz emalı zavodu, “Beyneu-Bozoy-Şımkent” magistral qaz kəmərinin ikinci xətti, Qızılorda vilayətində elektrik stansiyası və İrtış çayında su elektrik stansiyasının tikintisinin həyata keçirilməsinə imkan verəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər