2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayına nisbətən 3,5 faiz olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, inflyasiya qida məhsulları, içkilər və tütün məmulatları üzrə 2,9 faiz, qeyri-qida məhsulları üzrə 101,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib.
2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil etmişdir.
2024-cü ilin sentyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz təşkil etmişdir.