“Dow Jones” və “S&P 500” indeksləri tarix boyu ən yüksək səviyyələrə çatıb.
Bu, bankların müsbət hesabatları fonunda baş verib.
Belə ki, “Dow Jones Industrial Average” 1 % artaraq 42 863,86 bəndə, “S&P 500” 0,6 % artaraq 5 815,03 bəndə, “Nasdaq Composite” isə 0,3 % artaraq 18 342,94 bəndə çatıb.
“JPMorgan Chase” bankının səhmləri gözləntiləri üstələyən mənfəət hesabatının dərc edilməsindən sonra 4 % artıb. Eyni zamanda, “Tesla”nın səhmləri İlon Mask sürücüsüz taksi təqdim etdikdən sonra 8,7 % ucuzlaşıb.
Xatırladaq ki, “Dow Jones” ABŞ səhm bazarının ilk indikatorudur. O, ABŞ-ın 30 iri sənaye şirkətinin məlumatlarını əhatə edir.
“S&P 500” indeksinə informasiya texnologiyaları (İT), energetika, səhiyyə, maliyyə, kommunal xidmətlər, sənaye və telekommunikasiya sahələrini təmsil edən ABŞ-ın 500-ə yaxın şirkəti daxildir. İndeks demək olar ki, müxtəlif dərəcələrdə istehsal və xidmət sahələrinin hamısını əhatə edir. Üstəlik, onun böyük hissəsini İT şirkətləri təşkil edir.