19 C
Baku
Sunday, October 13, 2024

CAR-ın Mərkəzi Bankının keçmiş rəhbəri vəfat edib

Cənubi Afrika Respublikasının (CAR) Mərkəzi Bankının rəhbəri, əmək naziri və maliyyə naziri vəzifələrində çalışmış Tito Mboveni 66 yaşında vəfat edib.

Bu barədə EWN radiostansiyası xəbər yayıb.

Məlumata görə, siyasətçi şənbə günü axşam xəstəxanada ailəsinin əhatəsində dünyasını dəyişib.

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa “X” sosial səhifəsində (keçmiş Twitter-red) Mboveninin ailəsinə başsağlığı verib.

“Biz ölkəmizə fəal, iqtisadi siyasətin yenilikçisi və işçilərin hüquqlarının müdafiəçisi kimi xidmət edən lideri və həmvətənimizi itirdik”, – CAR prezidenti qeyd edib.

Son xəbərlər
Digər xəbərlər