15 C
Baku
Tuesday, October 15, 2024

Fransada rusiyalı iş adamlarının əmlakına həbs qoyuldu

Fransada məhkəmə mümkün çirkli pulların yuyulması ilə bağlı araşdırma çərçivəsində iki rusiyalı iş adamının dəyəri 70 milyon avrodan çox olan əmlakına həbs qoyub.

Bu barədə Fransanın “Monde” qəzeti yazıb.

Həbs Fransanın cənub-şərqində 2012-2014-cü illərdə alınmış daşınmaz əmlaka: Qrasda (Alp-Dəniz departamenti) sahəsi 22,5 hektar olan mülkə və Sen-Rafael və Qrimoda villalara qoyulub. Lüks avtomobillər də müsadirə edilib.

Məlumata görə, mülklər “Kipr pasportu olan rus əsilli iki sahibkar Ruslan Qoryuxin və Mixail Opengeimə” məxsus ola bilər.

Mənbəunikal
Son xəbərlər
Digər xəbərlər