13 C
Baku
Friday, November 22, 2024

“Hyundai” Hindistanda ən böyük IPO-su üçün investorların müraciətlərini qəbul etməyə başlayıb

“Hyundai Motor India” Mumbayda IPO üçün investorların müraciətlərini qəbul etməyə başlayıb, bu barədə “Reuters” yazır. Qeyd olunur ki, “Hyundai” investorlara 142.2 milyon səhm təklif edəcək, qiymət diapazonu 1865-1960 rupi (22-23 ABŞ dolları) arasında dəyişəcək.

“Hyundai Motor India”nın IPO nəticəsində 3.3 milyard dollar cəlb etməyi, şirkətin kapitallaşmasının isə 19 milyard dollara çatacağı proqnozlaşdırılır.

“Reuters” agentliyinə müsahibə verən analitiklərin fikrincə, “Hyundai” hibrid və elektrik avtomobillərinin istehsalını genişləndirəcək ki, bu da Cənubi Koreya şirkətinə yerli bazarda öz mövqeyini möhkəmləndirməyə imkan verəcək. IPO vasitəsilə toplanan vəsait şirkətə Hindistan bazarının aparıcı oyunçusu “Maruti Suzuki” ilə rəqabət aparmağa kömək edəcək.

“Hyundai” Hindistanda istehsal olunan ilk elektrik avtomobilini 2025-ci ilin əvvəlində buraxmağı planlaşdırır. Qeyd edək ki, “Hyundai India”nın IPO-su Hindistan tarixində ən böyük IPO olacaq və 2022-ci ildə 2.5 milyard dollar cəlb edən “Life Insurance Corporation of India”nın rekordunu keçəcək.

“Bloomberg” yazır ki, 2024-cü ilin əvvəlindən Hindistanda 250-dən çox IPO keçirilib, bu müddət ərzində şirkətlər birlikdə 9 milyard dollardan çox vəsait cəlb edib. Yaxın gələcəkdə digər listinqlərin keçirilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər