10 C
Baku
Tuesday, November 26, 2024

Ötən ay Azərbaycan əhalisinin sayı 5 min nəfərdən çox artıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 28 833 nəfər və ya 0.3 faiz artaraq 2024-cü il sentyabr ayının 1-i vəziyyətinə 10209603 nəfərə çatıb. Əhalinin sayı avqust ayının 1-i vəziyyətinə 10204247 nəfər olmuşdur ki, bu da aylıq müqayisədə 5 356 nəfər artımdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,5 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,5 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.

Son xəbərlər
Digər xəbərlər