13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan bir aya daha 6 ton qızıl alıb

Azərbaycan dünyada bazarında bahalaşaraq tarixi maksimumlar yeniləyən qızılın idxalını davam etdirir.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, Azərbaycana 2024-cü ilin təkcə avqust ayında  5 967 kq üzərində qızıl idxal edilib və bu ilin ən iri həcmli alışıdır.

Alış apreldən bu tərəfə alış başlanılıb və 4 aya ümumilikdə  19 904 kq həcmində qızıl idxal edilib. Buna görə ölkədən kənara 1 milyard 509.18 milyon ABŞ dolları valyuta axıb.

Sonuncu ayda qızılın idxal dəyəri 461.13 dollar, orta alış qiyməti isə kiloqram üzrə 77 274 dollar və unsiya üzrə 2 191 dollar olub.

3242342342342

Qızıl cari ildə geosiyasi risklər və eləcə də ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərinə başlaması ilə bağlı siqnallardan sonra kəskin dəyər qazanıb. Qızılın bir troy unsiyasının spot qiyməti 2024-cü ilin fevralında 2000 dollardan ucuz olduğu halda, mərkəzi bankların faiz endirimi elanından sonra cari ilin sentyabrına qədər 2 600 dolları ötüb. Bu, ümumilikdə ehtiyat limanı sayılan qızıl üçün 30 faizlik artım performansıdır.

FED, eləcə də digər İEÖ-lərin mərkəzi bankları faiz dərəcələrini azaldanda qızılın qiyməti adətən yüksəlir. Bunun əsas səbəbi faiz dərəcələrinin aşağı olması ilə bağlı investorların qızıl kimi alternativ aktivlərə üstünlük verməsidir. Faiz dərəcələri endikdə, əmanətlərdən və istiqrazlardan gələn gəlir azalır, bu da investisiya üçün daha təhlükəsiz və ənənəvi vasitələrə marağı azaldır. Yaxın Şərqdəki və Rusiya-Ukrayna arasındakı mövcud gərginliyin də bu qiymətli alətə təsiri böyükdür. Nəticədə, investorlar qızıl kimi qiymətli metallara sərmayə qoymağa başlayır, çünki bu, riskdən qaçmaq üçün daha etibarlı bir variant kimi qəbul edilir.

 

Son xəbərlər
Digər xəbərlər