13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın qaz ixracından gəliri 47% azalıb

2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) Azərbaycandan ixrac edilmiş neft-qaz sektoruna daxil olan malların cəmi statistik dəyəri 17 milyard 390 milyon dollar təşkil edib.

Banker.az xəbər verir ki, o cümlədən 11 milyard 8 milyon dollarlıq xam neft, 6 milyard 75 milyon dollarlıq təbii qaz ixrac edilib.

2023-cü ilin yanvar-sentyabr aylarında  Azərbaycandan 24 milyard 55 milyon dollarlıq neft-qaz sektoruna daxil olan mallar, o cümlədən 12 milyard 128 milyon dollarlıq xam neft, 11 milyard 409 milyon dollarlıq təbii qaz ixrac edilmişdir.

Beləliklə, bu ilin 9 ayında xam neft ixracından gəlir 9%, qaz ixracından gəlir isə 47% azalıb.

Son xəbərlər
Digər xəbərlər