12 C
Baku
Tuesday, November 19, 2024

Aqrar Sığorta Fondu edəcəyi sığorta ödənişlərinin məbləğini açıqlayıb

2023-2024-cü əkin mövsümü üzrə Aqrar Sığorta Fondu tərəfindən 6,2 milyon manata yaxın sığorta ödənişinin edilməsi proqnozlaşdırılır.

Bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.

Onun sözlərinə görə, əgər dəymiş ziyanla bağlı bütün sənədlər təqdim edilərsə, bu ilin sonuna qədər bu ödənişlərin böyük bir hissəsi həyata keçiriləcək: “Bu il sentyabrın 30-na Aqrar Sığorta Fonduna 1 698 müraciət daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,4% çoxdur. Bu, Fond tərəfindən ödəniləcək məbləğin artacağını göstərir”.

O qeyd edib ki, bu il 50-dən çox rayonumuzdan təbii hadisələrlə bağlı müraciətlər daxil olub: “Halbuki, ötən il 30-a yaxın rayondan müraciət daxil olub. Müraciətlər ən çox Qarabağ və Şirvan-Salyan İqtisadi rayonlarından daxil olub. Müraciətlər dolu, sel-subasma, leysan kimi risklərdən daha çox daxil olub”.

O bildirib ki, ötən il fermerlər daha çox quraqlıqdan əziyyət çəkirdisə, bu il dolu, sel-subasma, leysandan əziyyət çəkiblər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər