2025-ci ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 46,7 milyon manatının və yaxud 0,1 %-nin hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,5% azdır.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat, büdcə xərclərinin isə 41 milyard 367,6 milyon manat olacağı gözlənilir.