22 C
Baku
Thursday, October 17, 2024

TAP ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb

Təqribən dörd il ərzində Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 40 mlrd. kubmetr qaz nəql edilib.

Bu barədə TAP Konsorsiumunun məlumatında bildirilir.

“TAP 4 il ərzində Avropaya 40 milyard kubmetr qaz nəql edib. Bu mərhələ Yunanıstan, İtaliya, Albaniya və İsveçrədəki komandalarımızın fədakarlığını nümayiş etdirir. Biz Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləmək üçün 2026-cı il üçün illik (gücünə – red) 1,2 mlrd. kubmetr əlavə etmək yolundayıq”, – məlumatda qeyd olunub.

Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur.

Hazırda TAP-ın səhmdarları bunlardır: BP – 20%, SOCAR (CQD) – 20%, “Snam S.p.A.” – 20%, “Fluxys” -20%, “Enagás” -20%.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər