15 C
Baku
Friday, October 18, 2024

Azərbaycanda ötən ay hava nəqliyyatı ilə sərnişin daşımada qiymətlər ucuzlaşıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma xidmətləri 2024-cü ilin sentyabr ayında 2024-cü ilin avqust ayına nisbətən 6.9% ucuzlaşıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin sentyabr ayında hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri illik müqayisədə 4.7%, yanvar-sentyabr ayında isə 13% ucuzlaşıb.

Qeyd edək ki, hava nəqliyyatı ilə 3028.3 min və ya 39.5 faiz çox sərnişin daşınmış, daşımaların 99.9 faizi dövlət, 0.1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər