15 C
Baku
Friday, October 18, 2024

Zakir Nuriyev: Azərbaycan bankları yaşıl maliyyəyə 17,6 mlrd. dollara yaxın vəsait yönəltməlidir

2060-cı ilə kimi Azərbaycan bankları tərəfindən yaşıl maliyyəyə 17.6 mlrd. dollar vəsait yönləndirilməlidir.

Bunu bu gün Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, növbəti dövrdə təqribən bank sektoru hazırkı kredit portfeli böyüklüyündə vəsaiti sırf yaşıl layihələrə yönləndirməlidir və bu, olduqca böyük bir çağırışdır.

“Beynəlxalq təcrübədə çıxış yolu kimi bankların yönələ biləcəyi müxtəlif alətlər mövcuddur. Bura dövlət dəstəyi, beynəlxalq maliyyə qurumlarının dəstəyi və kapital bazarları ola bilər. ABA bu istiqamətdə işləri aktiv olaraq davam etdirir və bankaların birgə addımlar ataraq sektor çərçivəsindəki əməkdaşlığı təmin edir”- Zakir Nuriyev əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər