9 C
Baku
Thursday, December 12, 2024

Neft son bir ayın ən baha qiymətinə satılıb

Dünya birjalarında neftin qiyməti OPEC-in hasilatının rekord səviyyədə azalması və qlobal səhm bazarındakı vəziyyətlə əlaqədar son bir ayın ən baha səviyyəsinə çatıb. Bu gün səhər saatlarında “Layt” nefti yanvarın 28-dən bu vaxtadək ən baha qiymətə – 34,76 dollara satılıb. “Brent” neftinin barrel qiyməti isə yanvarın 5-dən indiyədək maksimum həddə – 36,86 dollara çatıb.

Hazırda neftin qiymətində ucuzlaşma müşahidə olunur. Belə ki, “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 33,70 dollara, “Brent” nefti isə Londonun İCE birjasında 36,52 dollara satılır.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər