12 C
Baku
Monday, November 25, 2024

BRICS ölkələri tərəfdaş dövlətin meyarları barədə razılığa gəliblər, 13 dövlətin siyahısı razılaşdırılıb

Perspektivdə BRICS-in genişlənməsi tərəfdaş dövlət üçün filtr meyarı vasitəsilə baş verəcək.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Birlik tərəfdaş dövlət üçün vacib meyarlar barədə razılığa gəlib və BRİCS-in gələcək genişlənməsi bu filtrdən keçəcək”, – deyə Uşakov vurğulayıb.

O bildirib ki, 13 dövlətdən ibarət siyahı razılaşdırılıb. “Hələlik biz bu ölkələrin adlarını dərc etməmək qərarına gəlmişik, çünki onlarla ya BRICS-ə tamhüquqlu üzvlüyə, ya da hansısa müvafiq formada qoşulmağa hazır olmaları barədə danışmalıyıq”, – Kreml rəsmisi əlavə edib.

Qeyd edək ki, Rusiyanın sədrliyi ilə BRICS dövlət başçılarının 16-cı sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir. BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika birliyə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRICS-in tamhüquqlu üzvləri olub.

Kazan sammiti birliyə yeni üzvlərin qatılacağı ilk sammit olacaq. Sammitdə 30-dan çox ölkədən nümayəndənin iştirakı gözlənilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər