Köçürmələri 8 valyutada aparmaq mümkün olacaq.
Banker.azın XəzərXəbərə istinadən verdiyi məlumata görə, hazırda pul köçürmələri zamanı əksər hallarda müştərilər ya banklara, ya da digər ödəmə məntəqələrinə müraciət edirlər. Bu isə vaxt itgisinə səbəb olur. Bunun qarşısını almaq üçün başda isveç olmaqla,digər skandinaviya ölkələrdə geniş tətbiq edilən svish texnologiyası ölkəmizdə də tətbiq ediləcək.
Smartfonlarla ödəniş və pul köçürmələri üçün texniki hazırlıq görülür. Şimali Avropa ölkələrində milyonlarla insanın istifadə etdiyi sviş texnologiyası ölkəmizdə də tətbiq ediləcək
Hazırda İsveç və digər Skandinaviya ölkələrində geniş istifadə edilən bu texnologiya müştərilərə bir sıra üstünlüklər verir.
Bu mobil texnologiyanın tətbiq edilməsi üçün bir sıra şərtlərə əməl etmək lazımdır.
Müştəri bankda hesab açanda ona xüsusi kod veriləcək ki, bütün hesablaşmalar həmin kodun vasitəsilə həyata keçiriləcək. Kod bazaya daxil edilən kimi həmin müştəri ilə bağlı məlumatlar, bank hesabı görünəcək.
[su_youtube url=”https://www.youtube.com/watch?v=rEEC4MtvB-o”]