-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bankın tədqiqat bülliteninin növbəti sayı çıxdı

Mərkəzi Bankın elektron nəşri olan “Tədqiqat bülleteni”nin 2015-ci il üzrə üçüncü nömrəsi hazırlanmış və Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.

Bülletendə 2015-ci ildə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin və qlobal bazarlarda vəziyyətin icmalı verilmişdir.

Burada həmçinin qlobal maliyyə böhranından sonrakı dövrdə mərkəzi bankların makromaliyyə modelləşdirməsi təcrübəsi, iqtisadi inkişafı sürətləndirmək üçün aparılan islahat təcrübəsi və qlobal maliyyə sistemləri üzrə son tədqiqatların nəticələri öz əksini tapmışdır.

Bülletenin maliyyə savadlılığı bölməsində əmək miqrantları üçün maliyyə savadlılığının rolu təhlil edilmişdir. Bu dəfəki nömrənin İqtisadi sözlük bölməsində isə tədiyə balansı ilə məzənnə arasında əlaqə, həmçinin müxtəlif məzənnə rejimlərində mərkəzi bankların fəaliyyətinə dair məlumat verilmişdir.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda 2015-ci ilin IV rübündə aparılan tədqiqat işlərinə dair məlumat verilmişdir.

Tədqiqat bülleteni N-3, 2015

http://www.cbar.az/assets/4053/bulleten_2015-N_3.pdf

Son xəbərlər
Digər xəbərlər