11 C
Baku
Monday, November 25, 2024

“Fransa Livana 100 milyon avro yardım edəcək” – Makron

Fransa Livan xalqına yardım üçün 100 milyon avro ayırmaq niyyətindədir.

Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Livana dəstək mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

X-də çıxışı yayımlanan Fransa lideri “BMT Livan üçün 426 milyon avro istədi, Fransa 100 milyon avro ayıracaq” deyib.

O, həmçinin əlavə edib ki, Fransa “Livan ordusunun təchizatına töhfə verəcək”. Bundan əlavə, prezidentin sözlərinə görə, Paris Livan Silahlı Qüvvələrinə əlavə 6 min hərbçi cəlb etmək planını alqışlayır.

Makron “təcili atəşkəs və bütün qaçqınların evlərinə qayıtmasına icazə verməyə” çağırıb.

Son xəbərlər
Digər xəbərlər