13 C
Baku
Friday, November 22, 2024

“Azərbaycan Dəmir Yolları” 47 nəfər işçini ixtisar edib

2024-cü ilin 3-cü rübünə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) işçi sayı açıqlanıb.

Banker.az bunu şirkətə istinadən xəbər verir.

Belə ki, 2024-cü ilin 3-cü rübünə qurumun işçi sayı 4 849 nəfər olub ki, bu da illik müqayisədə 47 nəfərin azalması deməkdir. Ötən ilin eyni aylarında işçi sayı 4 896 nəfər idi.

Bu ilin 1-ci rübünə “Azərbaycan Dəmir Yolları” QSC-nin işçilərinin sayı 4 838 nəfər, 2-ci rübünə isə 4 798 nəfər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər