8 C
Baku
Friday, December 13, 2024

Hollandiyanın nəhəng bankı: Dolların məzənnəsi 1,31 manat olacaq

Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.

Hollandiyanın “ING Bank”ı 2016-cı ildə Azərbaycanda ÜDM-in 2,5% azalacağını, 2017-ci ildə 3,4% artacağını proqnozlaşdırır.

Banker.az İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bankın proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 10,8%-dək artacaq. 2017-ci ildə inflyasiya 4,5%-dək azalacaq.

“ING Bank”ın proqnozlarına görə, 2016-cı ildə manatın dollara nisbətən məzənnəsi 1,03AZN/$1-ə qarşı 1,46AZN/$1, 2017-ci ildə 1,31AZN/$1 təşkil edəcək.

Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları şəklində mühüm “təhlükəsizlik balışına” malikdir.

“ING Bank”ın analitikləri hesab edirlər ki, pul-kredit siyasətinin yaxşılaşması və etimadın yüksəlməsi dollarlaşmanın səviyyəsinin azalmasına təkan verəcək.

2016-cı ildə Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.

Hökumət 2016-cı il üçün ÜDM-in artımını 1,8% səviyyəsində, orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.

2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.

Son xəbərlər
Digər xəbərlər