İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcək.
Bu barədə nazir öz “X” hesabında paylaşım edib.
“Türkiyəyə işgüzar səfərimiz çərçivəsində dost ölkələrdən olan həmkarlarımızla Türk Dövlətləri Təşkilatının elm, texnologiya, sənaye və innovasiya nazirlərinin 1-ci iclasında iştirak edəcəyik. Birgə fəaliyyətimizi gücləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik”, – deyə paylaşımda bildirilib.