16 C
Baku
Monday, October 28, 2024

Azərbaycana ən çox gətirilən smartfon markaları açıqlanıb

Bu ilin sentyabr ayında Azərbaycana ən çox idxal edilən mobil cihaz markaları açıqlanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelecom” MMC-dən məlumat verilib.

Bildirilib ki, ay ərzində fərdi istifadə üçün ölkəyə ən çox gətirilmiş və “AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən qeydiyyata alınmış mobil cihazlar aşağıdakı markalara aid olub:

1. “Apple”
2. “Samsung”
3. “Xiaomi”
4. “Huawei”
5. “Oppo”
6. “Tecno Telecom”
7. “Infinix Technology”
8. “Shangai Hezhou Cominication”
9. “Quectel Wireless Soliton”
10. “SimCom”

Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində ölkəyə 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər